Rusiyada hazırda koronavirus infeksiyası əleyhinə əlavə vaksinlərin yaradılması işləri aparılır.
Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda Rusiya İstehlakçıların hüquqlarının müdafiəsi və İnsanların rifahı üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) əməkdaşı Anna Popova məlumat verib.
Onun sözlərinə görə, digər ölkələrdəki kimi, Rusiyada da bir neçə fərqli vaksin olmalıdır.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 11 avqustda dünyada ilk koronavirus əleyhinə vaksinin qeydiyyatını elan edib. Dərmana “Sputnik V” adı verilib.