Krımda Rusiyaya məxsus ''Mi-28'' tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində iki əsgərin həlak olduğunu bildirib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada ''Mİ-28'' tipli hərbi helikopterin təlim uçuşu zamanı qəzaya uğradığı qeyd olunub.
Helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı bildirilib.
Açıqlamada hadisə ilə bağlı araşdırmaya başlanıldığı vurğulanıb.
Rusiya 2014-cü ildə Krımı qeyri-qanuni şəkildə ilhaq edib.