Rusiyanın fövqəladə hallar naziri təlimdə həlak olub

Rusiyanın fövqəladə hallar naziri təlimdə həlak olub

Bu haqda Rusiya FHN məlumat yayıb

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki Nazir  Yevgeni Ziniçev xidməti vəzifəsinin icrası zamanı həyatını itirib.

“Yevgeni Ziniçev Norilskdə keçirilən qurumlararası təlimlərdə bir nəfərin həyatını xilas edərkən faciəli şəkildə həlak olub, - deyə Rusiya FHN-in məlumatında qeyd olunur.

Y. Ziniçev 1966-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) doğulub. 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü idi.

Xəbəri paylaş

VİDEOLAR