Rusiyanın baş ravvini Berl Lazar koronavirusa yoluxub.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, Rusiyanın baş ravvini Berl Lazar koronavirusa yoluxub. Onun vəziyyəti təhlükəli həddə deyil. Bu barədə Rusiya Yəhudi İcmaları Federasiyasının (FEOR) ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Borux Qorin bildirib.
"Ravvin Lazara koronavirus diaqnozu qoyuldu. O, həkimlərin nəzarəti altındadır. Onun səhhəti ilə bağlı xüsusi narahatlığa əsas yoxdur”, - deyə Qorin Facebook səhifəsində bildirib.
Qeyd edək ki, yəhudiliyin hasidilik cərəyanının üzvü olan Lazar 1964-cü ildə İtaliyanın Milan şəhərində doğulub.
1991-ci ildə Moskvanın Marina Roşe sinaqoqunun ravvini olub. 15 noyabr 1999-cu ildə FEOR-un birinci qurultayda Rusiyanın baş ravvini seçilib.