Rusiyalı müxalif Navalnı zəhərlənib, xəstəxanaya çatdırıldı

Rusiyalı müxalif Navalnı zəhərlənib, xəstəxanaya çatdırıldı

Təyyarə Omskda təcili eniş edib.

Rasthaber Sputnik-ə istinadən xəbər verir ki, bu barədə “Twitter”də siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.

“Bu gün səhər Navalnı Tomskdan Moskvaya qayıdırdı. Uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib. Alekseydə toksik zəhərlənmə qeydə alınıb. Hazırda təcili tibbi yardım maşınında xəstəxanaya gedirik”, – o qeyd edib.

O vurğulayıb ki, A. Navalnı səhər ancaq çay içib. Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR