Rusiya Xarici İşlər Nazirliyi Əfqanıstanın Moskvadakı diplomatik nümayəndəliyinin səfirlik səviyyəsinə yüksəldilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, dünən Rusiya və Əfqanıstan rəsmiləri arasında görüş keçirilib.
Bildirilib ki, görüşdə Rusiya prezidenti Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov, Əfqanıstan Müvəqqəti Hökumətinin xarici işlər nazirinin müavini Emirhan Möttəki və daxili işlər nazirinin müavini Siracəddin Həqqani iştirak edib və ikitərəfli münasibətlər müzakirə olunub.
Görüş zamanı Rusiya tərəfi Əfqanıstanın Moskvadakı diplomatik nümayəndəliyinin səfirlik səviyyəsinə yüksəldilməsi ilə bağlı qərarını Əfqanıstan hakimiyyətinə çatdırıb.
Xatırladaq ki, Taliban 2003-cü ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə qadağan olunmuş terror təşkilatları siyahısına daxil edilib.
Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin dekabrında “Taliban”ı terrorçular siyahısından çıxaran qanun layihəsini imzalayıb.
Ötən həftə Rusiya Federasiyasının Ali Məhkəməsi Talibanın ölkədə fəaliyyətinə qoyulan qadağanın dayandırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Əfqanıstan tərəfi öz səfirini Rusiyaya göndərəcəyini bəyan etmişdi.