Rusiyadan ABŞ-a Ukrayna ilə bağlı açıqlama

Rusiyadan ABŞ-a Ukrayna ilə bağlı açıqlama

İngiltərənin baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında ölkəsinin Ukraynanın suverenlik və torpaq bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Rasthaber trthaber-ə istinadən xəbər verir ki,  “Twitter” hesabından etdiyi paylaşmada B.Conson yazıb: “Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiyanın Ukrayna sərhədindəki narahatedici fəaliyyətlərilə bağlı danışdıq. İngiltərənin Ukraynanın torpaq bütövlüyü və müstəqilliyinə sarsılmaz dəstəyini təkrar etdim”.

  Bu arada, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerika Birləşmiş Ştatları Dövlət Departamentinə Ukraynanın şərqində Donbas bölgəsindəki vəziyyətlə bağlı məlumat verdiklərini söyləyib.

  Rusiyanın TASS xəbər agentliyinə şərhində S.Ryabkov deyib: "ABŞ-a nələr olduğunu ayrıntılı şəkildə izah etdik. Ukrayna ilə ABŞ bu bölgədə təhrikedici hərəkətlərə əl atır. Rəsmi Vaşinqton bu siyasətin nəticələrindən narahat olmalıdır."

  Xatırladaq ki, Ukraynanın Baş Qərargah rəisi Ruslan Xomçak 30 martda parlamentdə etdiyi çıxışında Rusiya Silahlı Qüvvələrinin hərbi manevr bəhanəsiylə Ukrayna sərhədləri yaxınlığına əsgərlərini sövq etdiyini açıqlamışdı. Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov isə Rusiyanın öz torpaqları içində hərbi təlim keçirdiyini və bunun heç kim üçün təhdid olmadığını bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR