Rusiyada təyyarə qəzası: Ölənlər var

Rusiyada təyyarə qəzası: Ölənlər var

Rusiyanın Kamçatka yarımadasının Koryaki kəndində An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Az.rasthaber.com "Trend"-ə istinadən xəbər verir ki, bunu Kamçatka diyarının qubernatoru Vladimir Solodov deyiv.

"İlkin məlumata əsasən, qəza nəticəsində iki heyət üzvü həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə qubernator bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsindən isə bildirilib ki, qəza nəticəsində heyət üzvlərindən biri ölüb, digərinin yeri müəyyənləşdirilir.

Xəbəri paylaş

VİDEOLAR