Fevralın 2-də Moskvada icazəsiz keçirilən aksiyalar zamanı 30-dan artıq azyaşlı polis tərəfindən saxlanılıb.
Rasthaber Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya paytaxtında uşaq haqları müvəkkili Olqa Yaroslavskaya bildirib.
“Bilirik ki, uşaqları sorğu-sual ediblər, valideynlər dəvət olunub. Valideyni gələn bütün uşaqlar sonradan evə buraxılıb”, – ombudsmen deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma baş verənlərlə əlaqədar heç bir şikayət daxil olmayıb.