19.03.2020 12:26:03
Rusiyada koronavirusa yoluxmuş şəxsin ölüm faktı qeydə alınıb.
Rasthaber Azərbaycan Trend-ə istinadən məlumatına görə, Moskvada xəstəxanaların birində 79 yaşlı qadın həyatını itirib.
Onun COVID-19-la yanaşı digər xəstəliklərdən əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, bu günə qədər ölkədə 147 yoluxma faktı qeydə alınıb.