Rusiyada koronavirusa yoluxanların sayı 600 minə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 600 minə çatır

Bir sutka ərzində Rusiyada 7600 koronavirusa yeni yoluxma halı aşkarlanıb

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Operativ Qərargah bildirib.

Qeyd olunur ki, bir gün ərzində qonşu ölkədə 95 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 592280-a çatıb. Rusiyada pandemiya yayılandan 8206 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 4705 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 344 mini keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 9 milyonu keçib, 464 mindən çox adam isə virus səbəbilə ölüb.

Xəbəri paylaş

VİDEOLAR