Rusiyada İŞİD-ə maliyyə yardımı yığanlar həbs olunub

Rusiyada İŞİD-ə maliyyə yardımı yığanlar həbs olunub

“Terror fəaliyyətinə yardım” maddəsi ilə cinayət işi başladılıb.

Rasthaber Az'rbaycan xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin bir neçə regionunda 6 şəxsi tutub. Həmin şəxslər İŞİD terror təşkilatı üçün pul vəsaitinin toplanması ilə məşğul olurdular.

“Moskva, Moskva vilayəti, Dağıstan Respublikası, Krasnoyarsk diyarı və Xantı-Mansi Muxtar Dairəsi ərazində fəaliyyət göstərən və İŞİD üçün pul vəsaitlərinin toplanaraq göndərilməsini həyata keçirən gizli dəstənin cinayət fəaliyyətinin qarşısının alınması üzrə əməliyyat keçirilib”, – deyə bildirilib.

“Terror fəaliyyətinə yardım” maddəsi ilə cinayət işi başladılıb.

Xəbəri paylaş

VİDEOLAR