Rusiyada iş yerləri namaz qılmaq üçün fasilə icazəsi verəcək

Rusiyada iş yerləri namaz qılmaq üçün fasilə icazəsi verəcək

Rusiyanın Xantı-Mansi şəhərində əmək miqrantlarına məsciddə cümə namazı qılmaqları üçün fasilə icazəsi veriləcək.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhərin meriyasından məlumat verilib.

Bundan başqa, onlara həmçinin digər iri dini bayramlarda iştirak üçün də icazə veriləcək.

Belə bir təşəbbüslə şəhər məscidinin axundu çıxış edib.

Namaz ən mühüm iş və İslamın dayağıdır. İnsanlar məscidə gedərək və dua-ibadət edərək yalnız və yalnız daha da yaxşı olurlar“, - deyə o qeyd edib.

Onun sözlərinə görə, məsciddə ibadət insanın əxlaqi, mənəvi, insani və digər gözəl cəhətlərini inkişaf etdirir.

Xəbəri paylaş

VİDEOLAR