Rusiyada Hizb ut-Təhrir əl-İslam təşkilatının üzvlərinə hökm oxundu

Rusiyada Hizb ut-Təhrir əl-İslam təşkilatının üzvlərinə hökm oxundu

Krımda beynəlxalq “Hizb ut-Təhrir əl-İslam” terror təşkilatının özəyini yaratmaqda ittiham edilən şəxslərə hökm oxunub.

Rasthaber Azərbaycan “İnterfaks”a istinadla xəbər verir ki, Krımın üç sakininə 13 ildən 18 ilə qədər həbs cəzası verilib.

Məhkəmədə bəlli olub ki, Beloqorsk şəhərinin ərazisində cinayətkar qrupu 2017-ci ildə Ənvər Ömərov və Aydar Capparov yaradıblar. İstintaqın aşkarladığına əsasən, onlar yerli camaatı terror təşkilatına cəlb etməklə məşğul olublar.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində canilər 2019-cu ilin iyununda həbs ediliblər.

Məhkəmənin hökmü ilə Ənvər Ömərov 18 il, Aydar Capparov 17 il, Ənvər Ömərovun oğlu Rizə Ömərov isə 13 il həbsə məhkum ediliblər.

Xəbəri paylaş

VİDEOLAR