Rusiyanın Xəzər dəniz donanması qoşunların döyüş hazırlığının yoxlanılması məqsədilə Xəzər hövzəsində dəniz zərbə qrupu tərəfindən şərti düşmənin məhv edilməsi üzrə təlimlər keçiriblər.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Qrupa dairənin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının təyyarələri dəstək verib.
Təlimlərdə 20-dən çox gəmi, o cümlədən “Həştərxan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç” və “Veliki Ustyuq” kiçik raket və artilleriya gəmiləri, təchizat katerləri, Su-30 SM və Su-34 təyyarələri iştirak edib.