Rusiya XİN: Nizamlanmada Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması da var

Rusiya XİN: Nizamlanmada Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması da var

"Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində baxılmış və baxılan sənədləri, təklifləri sadalayıb".

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib. 

Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovun danışıqlar prosesindəki sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair müddəaların əksini tapması bəyanatına "Ermənistan Azərbaycana heç bir ərazi güzəştinə getməyəcək" deyə cavab verməsinə münasibət bildirən Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən Moskvanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin Rusiya, ABŞ və Fransa rəhbərliyi səviyyəsində birgə bəyanatlarda dəfələrlə səsləndirildiyi vurğulanıb: "Bu mövqeyin əsasında güc tətbiq olunmaması, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri daxil olmaqla, Helsinki Yekun aktının əsas prinsipləri dayanır. Bu bəyanatlarda əks olunan nizamlanmanın elementləri sırasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, eləcə də Dağlıq Qarabağın yekun statusunun əhalinin iradəsi yolu ilə müəyyən olunması var. O ki, qaldı sənədlərə və təkliflərə, hansı ki, baxılıb və baxılır, onları Rusiya XİN başçısı Sergey Lavrov sadalayıb.

Qeyd etmək istərdik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu olduqca incədir. Bu mövzunu ictimai müzakirəyə çevirmək qeyri-məhsuldardır. 

Hesab edirik ki, nizamlanma məsələsinə mövcud format çərçivəsində danışıqlar zamanı baxılmalıdır. Bu mövzuda məsləhətləşmələr davam edir, hansı ki, bu barədə aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə baş tutan videokonfransı bunu təsdiqləyir”.

Xəbəri paylaş

VİDEOLAR