Rusiya XİN Lavrovla Kulebanın görüşəcəyini təsdiqləyib

Rusiya XİN Lavrovla Kulebanın görüşəcəyini təsdiqləyib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Antalya Diplomatiya Forumu çərçivəsində nazir Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kulebanın görüşünü təsdiqləyib.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Kiyev də bunu təsdiqləyib.

Təşəbbüskar tərəfin Türkiyə olduğunu xatırladan Zaxarova bildirib ki, görüş martın 10-da baş tutacaq.

S.Lavrovun Türkiyəyə səfəri bu gün, martın 9-da başlayacaq. 

Xəbəri paylaş

VİDEOLAR