“Almaniya Ukraynadakı münaqişənin tərəfidir”.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
O bildirib ki, rəsmi Berlin Rusiya ilə Ukrayna arasında vicdanlı vasitəçi ola bilməz: “Bu dövlət Kiyevə silah verməkdə davam edir, Avropa İttifaqının ölkəmizə qarşı apardığı iqtisadi müharibənin koordinatoru kimi çıxış etməyə çalışır”.