Rusiya Müdafiə Nazirliyi ilə birlikdə yaradılmış koronavirus peyvəndinin sınaqlarında iştirak edən könüllülər özlərini yaxşı hiss edirlər.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, sınaqlarda iştirak edən birinci qrupdan heç kim səhhətindən şikayət etməyib, ciddi arzuolunmaz hadisələr qeydə alınmayıb. Onlara vaksinin iki komponentindən biri iyunun 18-də verilib.
İkinci qrup da (vaksinin birinci komponenti iyunun 23-də verilib) özünü normal hiss edir, ağırlaşma və ya mənfi reaksiya olmayıb.
Testlər iki həftə əvvəl Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi ilə birlikdə başlayıb. Araşdırmaların iyulun sonuna qədər tamamlanması planlaşdırılır.