Rusiya və Çin ABŞ-ın Qəzzada şərti atəşkəs haqqında qanun layihəsini rədd edib

Rusiya və Çin ABŞ-ın Qəzzada şərti atəşkəs haqqında qanun layihəsini rədd edib

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Qəzzada atəşkəs rejimini girovların azad edilməsi ilə əlaqələndirən və diplomatiyaya dəstək verməyə çağıran qətnamə layihəsinə veto qoyub.

Az.rasthaber.com xəbər verir ki, Rusiyanın BMT-dəki nümayəndəsi ABŞ-ın bir neçə aydır atəşkəs təkliflərinə “soyuq” veto qoyduğunu, bu aylarda Qəzzanın xarabalığa çevrildiyini və 32 min insanın həyatını itirdiyini vurğulayıb.

Rusiya səfiri ABŞ-ın boş ritorika ilə dünyanın diqqətini yayındırdığını və bu qanun layihəsinin İsrailin Rəfaha qarşı planlaşdırdığı əməliyyata yaşıl işıq yandırdığını bildirib.

Rusiya və Çinlə birlikdə müvəqqəti üzv olan Əlcəzair də qərara veto qoyub. Keçən ay Birləşmiş Ştatlar Əlcəzairin atəşkəs haqqında qanun layihəsinə veto qoyub, çünki orada "dərhal" ifadəsi olub.

Xəbəri paylaş

VİDEOLAR