Rusiya və Belarus hərbi təlimlərə start verdi

Rusiya və Belarus hərbi təlimlərə start verdi

Artıq Rusiya və Belarus formal olaraq özlərini "vahid dövlətin" bir hissəsi olaraq görür və bununla bağlı bir neçə ildir danışıqlar aparılır.

Rusiya və Belarus NATO-nun sərhədləri yaxınlığında kütləvi birgə hərbi təlimlərə başlayıb və Moskva ilə Minsk Qərblə davamlı gərginlik şəraitində hərbi əlaqələrini dərinləşdirməyə qarşılıqlı olaraq söz verib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Zapad-2021 adlı bir həftəlik hərbi təlimlər sentyabrın 10-da başlayıb. Təlimlər Belarusda, Rusiyanın qərbində, eləcə də Baltik dənizi də daxil olmaqla bir neçə ərazidə keçirilir.

Moskvadan verilən məlumata əsasən, təlimlərdə 200 000-ə qədər hərbi qulluqçu, təxminən 80 təyyarə və helikopter, 290 tank, 240 top, bir çox raket qurğuları, minaatanlar eləcə də 15 gəmi iştirak edir.

Artıq Rusiya və Belarus formal olaraq özlərini "vahid dövlətin" bir hissəsi olaraq görür və bununla bağlı bir neçə ildir danışıqlar aparılır.

Xəbəri paylaş

VİDEOLAR