Rusiya Türkiyədə danışıqlara hazırdır

Rusiya Türkiyədə danışıqlara hazırdır

RF Türkiyədə danışıqlara hazırdır, məsələ Ukrayna tərəfinin qətiyyətindədir.

Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova belə bir bəyanatla çıxış edib.
 
"Siz bizim konsepsiyanı və danışıqlara hazırlığımızı bilirsiniz, məsələ digər (Ukrayna" tərəfdədir, o tərəfin nə qədər adekvat olmasındadır", - deyə Zaxarova bildirib.
 
Daha öncə Zaxarova bəyan edib ki, Antalya diplomatik forumu çərçivəsində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun iştirakı ilə RF və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kulebanın görüşü planlaşdırılır. Sonradan Dmitri Kuleba görüşüm martın 10-na planlaşdırıldığını bildirib.
 
Ukraynada nə baş verir

Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
 
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
 
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
 
Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.

Xəbəri paylaş

VİDEOLAR