Rusiya Türkiyə ilə hava nəqliyyatına məhdudiyyət tətbiq edə bilər

Rusiya Türkiyə ilə hava nəqliyyatına məhdudiyyət tətbiq edə bilər

Rusiya koronavirusla əlaqədar vəziyyətə görə Türkiyəyə təyyarə uçuşlarında məhdudiyyətlər tətbiq edə bilər

Rasthaber Azərbaycan Sputnik-ə istinadla bildirir ki, Rusiya Nəqliyyat Nazirliyindəki mənbə və iki turizm operatorunun təsdiq etdiyi xəbərə görə, böyük ehtimalla 12 aprel tarixindən etibarən Rusiyadan Türkiyəyə müntəzəm və çarter uçuşları məhdudlaşdırılacaq, ancaq bu qərar ixrac və yük-sərnişin uçuşlarına təsir göstərməyəcək.

Bununla belə, Rusiya Böyük Britaniya məsələsində olduğu kimi, Türkiyə Respublikası ilə hava nəqliyyatını tamamilə dayandırmağı planlaşdırmır. Ancaq Türkiyədən qayıdan ruslara 14 günlük karantin tətbiq edilə bilər.

Turizm şirkətlərindən isə bildiriblər ki, bu günə qədər müştərilər əvvəlcədən aldıqları biletlərin ləğv olunması ilə bağlı onlara müraciət etməyiblər. Ancaq hər gün müştərilərdən zəng mərkəzlərinə sərhədlərin bağlanma ehtimalı ilə bağlı çoxlu sayda suallar daxil olur.

Qeyd edək ki, Türkiyədə son bir neçə həftədə COVID-19-a gündəlik yoluxma sayında böyük artım qeydə alınıb. Aprel ayının əvvəlindən etibarən ölkədə gündəlik təxminən 40 mindən çox yeni yoluxma halı baş verir. Bir gün əvvəl isə bu göstərici 56 minə yaxınlaşıb. "Rospotrebnadzor"un rəhbəri Anna Popovanın da qeyd etdiyi kimi, Rusiyaya ən çox SARS-CoV-2 ştammını məhz Türkiyədən qayıdanlar gətirirlər

 

Xəbəri paylaş

VİDEOLAR