Rusiya Suriyada Nusra Cəbhəsinə hava zərbəsi endirib

Rusiya Suriyada Nusra Cəbhəsinə hava zərbəsi endirib

Suriyada Tərəflərin Barışıq Mərkəzinin rəis müavini Vadim Kulit Rusiya hava qüvvələrinin avqustun 28-də Nusra Cəbhəsinin obyektlərinə hücum etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Rusiya rəsmisi qeyd edib ki, hücum silahlı birləşmələr və iki komanda mərkəzini hədəf alıb.

Kulit həmçinin bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus təyyarə və PUA-lar son 24 saat ərzində çoxlu pozuntulara yol verib.

Rusiya döyüş təyyarələri də İdlibin kənarındakı Kefr Lata və Sarca kəndləri ətrafındakı Təhrir-i Şam terror təşkilatının bazasına raket zərbəsi endirib.

Xəbəri paylaş

VİDEOLAR