“Suriyanın Ərəb Liqasına qayıtması ərəb dövlətlərinin sıralarını möhkəmlədəcək, bölgədə və dünyada onların mövqelərini birləşdirməyə kömək edəcək.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan bir neçə ərəb dövləti nazirlərilə görüşdə deyib.
Lavrov Moskvada ərəb nazirləri nümayəndə heyəti ilə keçirdiyi mətbuat konfransında deyib: "Biz Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasına istəyimizi bildirdik və bu məsələ mümkün qədər tez həll olunacaqsa bölgədə və dünyada ərəb dövlətlərin sıralarının möhkəmlənməsi və mövqelərini birləşdirməyə kömək edəcək."
Qeyd edək ki, BƏƏ, Onam Sultanlığı, Bəhreyn, İraq, Əlcəzair, Livan, Sudan və Misir kimi ərəb dövlətləri rəsmi Dəməşqin yenidən Ərəb Dövlətləri Liqasına qaytarılmasını istəsələr də ABŞ-ın təzyiqi ilə digər ərəb dövlətləri bu məsələyə razılıq vermirlər.