Rusiya sülhməramlıları üçün Xankəndi və Xocavənddə daha 4 blok-modul şəhərciyi salındı

Rusiya sülhməramlıları üçün Xankəndi və Xocavənddə daha 4 blok-modul şəhərciyi salındı

Maddi-texniki təminat üzrə mütəxəssislər Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün daha dörd blok-modul şəhərciyi salıb.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, şəhərciklər Xankəndi və Xocavənd rayonu ərazilərində salınıb.

Xatırladaq ki, bu artıq Rusiya sülhməramlı kontingenti üçün salınan səkkizinci belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir. Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün şəhərcikdə çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş, tibb məntəqəsi, uniforma təmizləyici otaq, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.

Xəbəri paylaş

VİDEOLAR