Sergey Lavrov bundan əvvəl də Rusiyanın Azərbaycanla Ermənistan arasında demarkasiyaya kömək etməyə hazır olduğunu açıqlamışdı.
Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində sərhəddəki vəziyyətin həllində Bakı və Yerevana yardım göstərməyi təklif edib, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Artıq dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin işinə qeyri-rəsmi olaraq başladıq. Erməni həmkarlarımızın xahişinə baxdıq və bu xahişə uyğun olaraq Yerevanla Bakı arasındakı münasibətlərdəki vəziyyəti müzakirə etdik.Tərəflərlə ilkin razılaşmaya əsasən, Rusiya Federasiyası sərhədlərin delimitasiya və demarkasiyası üçün yardım göstərməyi təklif edib, bu məqsədlə Rusiyanın məsləhətçi, istəsəniz vasitəçi qismində çıxış edə biləcəyi Ermənistan-Azərbaycan ortaq komissiyasının yaradılması təşəbbüsünü irəli sürüb", - Tass agentliyi Sergey Lavrova istinadən yazır.
Sergey Lavrov bundan əvvəl də Rusiyanın Azərbaycanla Ermənistan arasında demarkasiyaya kömək etməyə hazır olduğunu açıqlamışdı.