Rusiyanın ABŞ-dakı səfirliyi ABŞ hakimiyyətini Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın Telegram səhifəsində bəyanat yer alıb.
Bəyanatda vurğulanır ki, Ukrayna ərazisində qurbanların artmasına məhz Birləşmiş Ştatların təhriki səbəb olur.
Rusiya diplomatları həmçinin Kiyevin Vaşinqtondan aldığı silahları “müdafiə sıralarını dolduran radikallara və dünənki cinayətkarlara” paylamaq qərarına gəlməsindən narahat olduqlarını bildiriblər. Səfirlik hesab edir ki, Ukrayna hakimiyyətinin silahlara lazımi nəzarəti və mühafizəsini təmin edə bilməməsi ölkə küçələrində qarət, quldurluq və terrorla məşğul olan dəstələrin peyda olmasına səbəb olub.