27.04.2022 12:43:50
BŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin Kiyevə səfəri digər Avropa liderlərinin səfərləri kimi təbliğat xarakteri daşıyır.
Az.rasthaber.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosunun efirində deyib.
Diplomat bildirib ki, kollektiv Qərb liderlərinin Kiyevə səfərləri, əlbəttə ki, ilk növbədə, təbliğat dəstəyi effektinə malikdir, ən əsası isə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçündür:
"Qərb sülhdən danışaraq regionda sabitliyi pozmaq və münaqişəni uzatmaq üçün Ukraynaya silah tədarükündən pul qazanmaqda davam edir. Əlbəttə, həm biznes, həm cəhənnəm karuseli , digər şeylərlə də əsas məqsəd regionda sabitliyi pozmaq və getdikcə daha çox insanın ölümünə səbəb olan münaqişənin kəskin mərhələsinin davam etdirilməsidir".
"Onlar başa düşməlidirlər ki, məhz bu, Ukrayna ərazisində insanların ölümünün davam etməsinə gətirib çıxarır. Burada biz onları nəyin motivasiya etdiyini anlamalıyıq. Əgər deyirlərsə ki, onlar üçün insan həyatı birinci yerdədir, onda Ukraynaya silah tədarükünü dayandırmalıdırlar. Münaqişə zonasına başqa dövlətlər tərəfindən silah gətiriləndə Qərb isterik vəziyyətə düşüb və onlar embarqo tələb edib, bunun qarşısını almaq üçün sanksiyalar tətbiq edərək BMT Təhlükəsizlik Şurasına müraciət ediblər, lakin Kiyevlə bağlı fərqli məntiq tətbiq olunur", - deyə XİN sözçüsü vurğulayıb.