Rusiya paytaxtında iki nəfər koronavirusdan öldü

Rusiya paytaxtında iki nəfər koronavirusdan öldü

Koronavirus təsbit edilmiş 76-86 yaş arası dörd nəfər Moskvada dünyasını dəyişib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, bu barədə Koronavirus situasiyası üzrə Moskva operativ qərargahı məlumat verib. 

"Moskvada pnevmoniya diaqnozu təsdiqlənmiş və koronavirus testi müsbət çıxmış dörd xəstə ölüb. Onların yaşı 76-86 arası idi. Onlardan ikisinin ağciyərləri süni ventilyasiya aparatına qoşulmuşdu", - qərargahın Telegram kanalında deyilir.

Bildirilir ki, onlarına hamısında xroniki, əsasən ürək-damar xəstəlikləri olub. Digər xəstəliklər isə xroniki pielonefrit, bronxial astma, beynin xroniki işemiyası olub. Xəstələrdən ikisi şəkərli diabetdən əziyyət çəkirmiş.

Xəbəri paylaş

VİDEOLAR