Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Nijeqorod vilayətində yerləşən neft-kimya müəssisəsində törədilməsi planlaşdırılan terror aktının qarşısını alıb.
Rasthaber Azərbaycan xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb.
Məlumata görə, Mərkəzi Asiya mənşəli iki şəxs pilotsuz uçuş aparatları vasitəsilə zavoda hücum etməyi planlaşdırırdı.
Terror planı Ukrayna tərəfindən yönləndirilən şəxslərin göstərişi ilə həyata keçirilməli idi. Zərərsizləşdirilmə əməliyyatı zamanı silahlı müqavimət göstərən şəxslər neytrallaşdırılıb.
Hadisə yerində partlayıcı yüklü iki dron, "Kalaşnikov" avtomatı və "Makarov" tapançası aşkarlanıb. Həmçinin saxlanılan şəxslərin telefonlarında Ukrayna kuratoru ilə yazışmalar və silah-sursat gizlədilən yerlərin koordinatları tapılıb.
Bu əməliyyatla Rusiyanın sənaye obyektlərinə qarşı mümkün təhlükənin qarşısı alınıb. FSB bu cür təxribat cəhdlərinə qarşı mübarizəni davam etdirdiyini bildirib.