Rusiya koronavirusa yoluxma sayına görə Çini geridə qoydu

Rusiya koronavirusa yoluxma sayına görə Çini geridə qoydu

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqdadır.

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqdadır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 198 nəfər koronavirusa yoluxub, 47 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 87 147 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 794 nəfərə çatıb.

Yoluxma sayına görə, Rusiya Çini geridə qoyub.

Ölkə ərazisində ümumilikdə 7 346 nəfər sağalıb, 79 007 nəfərin müalicəsi isə davam edir.

Xəbəri paylaş

VİDEOLAR