Rusiya koronavirus vaksininin hazır olduğunu açıqladı

Rusiya koronavirus vaksininin hazır olduğunu açıqladı

Rusiya müdafiə nazirinin müavini Ruslan Tsalikov bəyan edib

Rasthaber Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini Ruslan Tsalikov bəyan edib ki, COVID-19 əleyhinə ilk Rusiya vaksini hazırdır.

O qeyd edib ki, artıq Milli Araşdırma Mərkəzinin mütəxəssislər və alimləri keçirilmiş sınaqların yekun qiymətləndirilməsini keçiriblər.

Onun sözlərinə görə, sınaqlar zamanı bu dərmanı qəbul etmiş bütün könüllülərdə koronavirusa qarşı immunitet yaranıb.

“Beləliklə də, yeni koronavirus infeksiyasına qarşı ilk yerli vaksin hazırdır”, – deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR