Rusiyanın baş naziri əhaliyə edilən güzəştlə bağlı açıqlama verib
RenTV xəbər verir ki, Rusiyanın baş naziri Mixayil Mişustin bildirib ki, nazirlər kabineti ilin sonuna qədər kommunal xərclərə görə cərimə tətbiq etməyəcək.
“Ölkəmizin bütün əhalisi üçün, onların gəlirlərindən asılı olmayaraq, biz gecikdirilmiş kommunal xərcə görə cərimələrə müvəqqəti moratorium(təxirə salma) həyata keçirəcəyik. Qaz, elektrik, su, kanalizasiya, isti su, zibil daşınmasına görə ödənilməyən kommunal xərclərə görə, xidmətlər dayandırılmayacaq.”, -deyə nazir əlavə edib.
Bu addımın koronavirusla bağlı olduğu iclasda qeyd edilib.
islamazeri.com