İsrail ən uzun müddətli işğalçılıq kursunu yürüdür və bütün bunlar aparıcı Qərb ölkələrinin sakit razılığı və ABŞ-ın faktiki dəstəyi ilə baş verir.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) İsraili tənqid edib.
“Məlum olduğu kimi, İsrail hakimiyyəti BMT Təhlükəsizlik Şurası (TŞ) və Baş Assambleyasının (BA) çoxsaylı qərarlarını pozaraq Fələstin ərazilərinin qeyri-qanuni işğalını və tədrici ilhaqını davam etdirir. Bunun nəticəsində İordan çayının Qərb sahilində 2,5 milyondan çox fələstinli xarici dünya ilə əlaqəsi olmayan səpələnmiş anklavlarda yaşayır“, - deyə qeyd edilib.
Rusiya XİN Qəzza sektorunu “açıq səma altındakı həbsxanaya” bənzədib və əlavə edib ki, buranın 2 milyonluq əhalisi “artıq təxminən 14 ildir ki İsrailin tətbiq etdiyi dəniz, hava və quru blokadası şəraitində yaşamaq məcburiyyətindədir“.
Qeyd edilib ki, İsrail ən uzun müddətli işğalçılıq kursunu yürüdür və bütün bunlar aparıcı Qərb ölkələrinin sakit razılığı və ABŞ-ın faktiki dəstəyi ilə baş verir.