Rusiya İsrailə xəbərdarlıq edib: Cavab verəcəyik!

Rusiya İsrailə xəbərdarlıq edib: Cavab verəcəyik!

Rusiya sionist İsrail rejiminə Ukraynaya silah göndərmək məqsədi daşıyan istənilən hərəkətə cavab verəcəyini bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ mediasının məlumatına görə, əgər sionist rejim Ukraynanı zenit-raket kompleksləri və ya digər müdafiə sistemləri ilə təmin edərsə, Rusiya cavab verəcək.

Ötən aylarda İsrail Rusiyanın xəbərdarlıqlarına görə Ukraynaya silah verməkdən imtina etmişdi. Bu rejim indiyədək Ukraynaya ancaq öz dəbilqələri və qoruyucu jiletlər kimi bəzi müdafiə vasitələri göndərib.

Hazırda Rusiyada yüksək səviyyəli təhlükəsizlik məmuru olan Dmitri Medvedev keçən ay xəbərdarlıq etmişdi ki, Təl-Əvivin Ukraynaya silah göndərmək üçün istənilən hərəkəti “təhlükəli” olacaq və Moskva ilə Təl-Əviv arasında ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxaracaq.

Xəbəri paylaş

VİDEOLAR