Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Zamir Kabulov deyib
Rasthaber Azərbaycan "eastnews"a istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Zamir Kabulov İrana silah satışı reallaşdıra biləcəklərini açıqlayıb.
O, açıqlamasında vurğulayıb ki, BMT-nin İrana qarşı tətbiq etdiyi silah sanksiyası qərarı 2020-ci ilin oktyabr ayında bitdikdən müzakirələrə start veriləcək.
Zamir Kabulov İran İslam Respublikasını həm də Rusiyanın dostu olaraq da xarakterizə edib.
XİN rəsmisi qeyd edib ki, Rusiya İran İslam Respublikası ilə əldə etdiyi bütün razılaşmalara sadiqdir.