Rusiya: Fransa dolayı şəkildə Ukrayna müharibəsində iştirak edir

Rusiya: Fransa dolayı şəkildə Ukrayna müharibəsində iştirak edir

Fransa Ukraynadakı münaqişəyə günü-gündən daha çox cəlb olunur.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Biz cənab (Fransa prezidenti Emmanuel) Makronun bəyanatlarını oxuyuruq“, – deyə o qeyd edib.

Peskov deyib ki, Fransa artıq Ukraynadakı müharibəyə daxil olub və elə bu səbəbdən də, Makronun da bildirdiyi kimi, Rusiya Fransa üçün düşməndir.

Onun sözlərinə görə, rəsmi Paris dolayı şəkildə bu müharibədə iştirak edir.

Və cənab prezident (Makronun) bəyanatlarına əsasən, (Fransa) (bu müharibədəki) iştirak səviyyəsini artırmağın əleyhinə deyil“, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR