Rusiya: Əfqanıstanda İŞİD-çilərin sayı üç dəfə artıb

Rusiya: Əfqanıstanda İŞİD-çilərin sayı üç dəfə artıb

“Rusiyanın hesablamalarına görə, Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanda İŞİD döyüşçülərinin sayı üç dəfə artıb.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

O, dünən Əfqanıstan üzrə iki günlük Daşkənd görüşü çərçivəsində jurnalistlərə bildirib ki, Rusiyanın hesablamalarına görə, Talibandan sonra Əfqanıstanda İŞİD döyüşçülərinin sayı üç dəfə artıb.

Qeyd edək ki, bu toplantı Özbəkistan tərəfindən bu həftənin bazar ertəsi və çərşənbə axşamı keçirildi.

Kabulov İŞİD döyüşçülərinin artırılmasını Əfqanıstanda və regionda təhlükəsizliyin ən mənfi cəhətlərindən biri adlandırıb.

Rusiyanın dövlət xəbər agentliyi, Tass, Kabulova istinadən bildirib ki, beynəlxalq sanksiyalar səbəbindən Taliban antiterror qüvvələrini saxlamaq və gücləndirmək üçün lazımi maliyyə resurslarına malik deyil.

Kabulov əlavə edib: “Qərb bu şəraiti bilərəkdən yaradıb ki, İŞİD terror qruplaşması daha da güclənsin.”

Xəbəri paylaş

VİDEOLAR