Rusiya Finlandiya və İsveçə xəbərdarlıq edib

Rusiya Finlandiya və İsveçə xəbərdarlıq edib

“Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı”.

Az.rasthaber.com “Report”a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək.

“Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret addımlardan asılı olacaq”, - XİN başçısının müavini söyləyib.

Xəbəri paylaş

VİDEOLAR