Rusiya Şimali Makedoniyanın Moskva səfirliyində vəzifəli bir diplomatı “persona non grata” elan edib.
Rasthaber xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən yayılan açıqlamada keçən ay Şimali Makedoniyanın bir rus diplomatı “persona non qrata” elan etdiyi, həmin məsələ ilə əlaqəli olaraq Şimali Makedoniyanın Moskvadakı səfiri Olivera Çauşevska-Dimovskanın nazirliyə çağrılaraq nota verildiyi xatırladılıb və Şimali Makedoniyanın rus diplomatı ölkədən çıxarması barədəki əsassız qərarına qarşı belə bir addımın atıldığı vurğulanıb.