24.05.2022 18:55:18
Moskva Britaniya parlamentinin Lordlar Palatasının 154 üzvünə qarşı fərdi məhdudiyyətlər tətbiq edir və onların Rusiyaya girişini qadağan edir.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirlik bu qərarı Böyük Britaniyanın Rusiya Federasiya Şurasının bütün üzvlərini sanksiya siyahısına salmasına cavab olaraq atdıqlarını açıqlayıb.