Rusiya Azərbaycandan pomidor idxalına qoyduğu qadağanı yumşaldır

Rusiya Azərbaycandan pomidor idxalına qoyduğu qadağanı yumşaldır

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 17-dən Azərbaycandan RF-yə pomidor idxalına qoyulmuş müvəqqəti məhdudiyyəti aradan qaldırır.

Rasthaber Azərbaycan  İnterfax-a istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) pomidor istehsalçıları haqqında əlavə məlumatların daxil olması ilə əlaqədar, həmçinin daha əvvəl təqdim edilmiş materialların təhlili nəticəsində “Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixindən etibarən Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyektlərinin aşkarlanmadığı rayonlarda yerləşən müəssisələrdən RF ərazisinə AQTA-nın zəmanəti ilə pomidor idxalına icazə verilməsini mümkün hesab edir”,-deyə məlumatda bildirilir.

“Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu) və “Hajigabul greenhouse” MMC-yə (Hacıqabul rayonu) məhsullarını RF-yə idxal etməyə icazə verilib.

“Rosselxoznadzor” bildirir ki, bu istiqamətdə AQTA ilə iş davam etdiriləcək.

Qeyd edək ki, Xızı rayonunda yerləşən “Aqroterm” MMC-yə dekabrın 16-da RF-yə pomidor idxal etməyə icazə verilib.

Xəbəri paylaş

VİDEOLAR