ladimir Putinin mətbuat katibi Dimitri Peskov, ABŞ-ın İraq və Suriyada hava əməliyyatı keçirməsinı münasibət bildirib
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, Vladimir Putinin mətbuat katibi Dimitri Peskov , ABŞ-ın İraq və Suriyada 5 nöqtəyə hava zərbəsilə bağlı məlumat vermədiyini bildirib.
Jurnalistlərin Vaşinqtonun Moskvaya Suriya və İraqdakı hücumlarla bağlı məlumat verib verməməsilə bağlı sualına “Xeyir, məlumat verilmədi.”, -deyə cavab verib.
Peskov hücumlarla bağlı “Terrorçuların zərərsizləşdirilməsilə bağlı bütün əməliyyatları müsbət dəyərləndiririk. Ancaq digər tərəfdən sabitliyi pozan bütün addımlar bizim tərəfdən mənfi dəyərləndirilir.”