Rusiya ABŞ-ın Suriyada mövcudluğunu qeyri-qanuni adlandırdı

Rusiya ABŞ-ın Suriyada mövcudluğunu qeyri-qanuni adlandırdı

ABŞ-ın Suriyada mövcudluğu qeyri-legitimdir, onların terrorla mübarizəsinin nəticələrinin nə olduğu bəlli deyil.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Valday Klubunun Yaxın Şərq konfransında deyib.

"Amerikanın Suriyada təkcə Fərat çayının o tayında deyil, həm də cənubda, Ət-Tanf bölgəsindəki mövcudluğu qeyri-legitimdir. Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənmir və təsdiqlənmir. Dəməşqin legitim rəhbərliyi bu barədə ona (ABŞ-a - red.) müraciət etməyib. Belə olan halda məsələ ümumilikdə çox vacibdir: amerikalıların Suriyada strategiyası nədir, onlar nə istəyirlər? Əgər amerikalı tərəfdaşlarımız deyirlərsə ki, orada yalnız terrorizmlə mübarizə aparırlar, onda mənim sualım budur ki, bu mübarizə nə vaxta qədər davam edəcək və onun konkret nəticələri haradadır?”, - deyə rusiyalı diplomat vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR