13.04.2022 15:36:43
Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ Dövlət Departamentinin Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyi ilə bağlı əsassız iddialarını rədd edib.
"ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın aprelin 12-də Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatında iddia edilən məğlubiyyətlərə görə kimyəvi silahdan istifadə edə biləcəyi iddiasına şahid olduq. Ned Prays bir daha əsassız iddialar səsləndirərək bütün diqqətləri üzərinə çəkdi..."
Rusiyanın Vaşinqtondakı səfirliyindəki diplomatlar bəyan ediblər ki, Rusiya silahlı qüvvələrinin heç bir kimyəvi siahı yoxdur və onlardan istifadə etməyə qadir deyil. Çünki Rusiya 2017-ci ildə bütün kimyəvi silahlarını məhv edib!
Rusiya səfirliyi deyib:
"Biz ABŞ-ı yalan məlumatlar yaymaqdan çəkinməyə çağırırıq. Bunun əvəzində tərəfdaşlarımız kimyəvi silahlarının məhv edilməsi prosesini sürətləndirməlidir. Birləşmiş Ştatlar Kimyəvi Silahlar Konvensiyasının beynəlxalq öhdəliklərinə tam əməl etməyən yeganə üzvüdür. Amerikanın kimyəvi silah arsenalı bəşəriyyət üçün real təhlükədir!"