Rusiya ABŞ-dakı səfirini geri çağırdı - Baydenin son açıqlamasına görə...

Rusiya ABŞ-dakı səfirini geri çağırdı - Baydenin son açıqlamasına görə...

ABŞ Prezidenti Co Bayden-in Rusiya Prezidenti Vladimir Putin haqqında dediklərindən sonra Rusiyanın Vashington-dakı səfiri danışıqlar üçün Moskvaya çağrılıb.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Rusiya hökuməti səfir Anatoly Antonovun ABŞ-la münasibətlərin "çıxılmaz vəziyyətdə" olduğu üçün çağrıldığını bildirib.

Moskvanın qərarı ABŞ Prezidenti Co Bayden-in Putinin seçki müdaxiləsi iddialarına görə "əvəzini ödəyəcəyini" söyləməsindən sonra qəbul edilib. ABC News-a verdiyi müsahibədə Bayden Rusiya liderinin "qatil" olduğunu düşündüyünü təkrarlayıb.

Bayden bu sözləri Putinin keçən ilin noyabr ayında keçirilmiş Prezident seçkilərinə müdaxiləni təsdiqlədiyini söyləyən Amerika kəşfiyyatının hesabatını şərh edərkən söyləyib. Məruzədə Rusiyanı seçkilərə keçmiş Prezident Donald Tramp-ın lehinə təsir etməyə çalışmaqda günahlandırıb.Putinin sözçüsü Dimitry Peskov ittihamlar üçün heç bir dəlilin göstərilmədiyini və ikitərəfli münasibətlərə daha çox zərər verəcəyini bildirib. Hesabatda yer alan qərarlara görə ABŞ-ın gələn həftə Rusiyaya qarşı embarqo tətbiq edəcəyi gözlənilir.

Rusiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında "Rusiyanın ABŞ-dakı səfiri Anatoly Antonov ABŞ-la münasibətlərdə nələrin edilməsi lazım olduğunu təhlil etmək üçün Moskvaya çağrıldı" deyərək, Moskvanın "münasibətlərdə düzəlməyəcək dərəcədə pisləşmənin qarşısını almaqda" maraqlı olduğu bildirilib.Bəyanatda "Bizim üçün ən başlıcası Vaşinqton-u çıxılmaz vəziyyətə gətirərkən Rusiya-Amerika münasibətlərini düzəltməyin yollarını müəyyənləşdirməkdir" ifadələri də yer alıb.

Bayden nə deyib?

Yanvar ayının sonunda bir telefon söhbətində Bayden Putini seçki müdaxiləsi iddialarına veriləcək potensial cavab barədə xəbərdar etdiyini açıqlayıb və "bunun əvəzini verəcəyini" söyləyib.

Bunun nə olduğu soruşulduqda Bayden "bunu tezliklə görəcəksiniz" deyib və Putinin qatil olduğunu düşündüyünə dair suala "düşünürəm" cavabını verib. Daha sonra çıxış edən Ağ Ev sözçüsü Jen Psaki Rusiya-Amerika münasibətlərinin Tramp-ın prezidentliyi zamanındakından fərqli olacağını söyləyib və "Ruslardan mütləq atdıqları addımların hesabı istəniləcək" deyib. ABŞ Ticarət Nazirliyi 17 Mart çərşənbə günü Rusiya ilə ticarətdə yeni məhdudiyyətlər elan edib. Bunlar milli təhlükəsizliklə əlaqəli avadanlıqların, texnologiyaların və proqram təminatlarının Rusiyaya ixracı və yenidən ixracı ilə əlaqədardır. Yeni ticarət məhdudiyyətləri 18 Mart tarixindən etibarən qüvvəyə minəcək. Rusiya öz vətəndaşlarına - Navalnıya qarşı Yulia və Sergey Skripal-a qarşı kimyəvi silah istifadə etməklə yanaşı 2020 Amerika seçkilərinə müdaxilə cəhdində günahlandırılır.

Kəşfiyyat hesabatında nə deyilirdi?

ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən çərşənbə axşamı günü yayımlanan 15 səhifəlik hesabatda İranla yanaşı Rusiya tərəfindən də həyata keçirilən "müdaxilə əməliyyatları" təsvir olunur.ABŞ Milli Kəşfiyyatının məxfi hesabatı yayımlandıqdan sonra Rusiya və İranın 2020-ci il prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışdıqlarını, lakin heç bir xarici dövlətin səsləri saxtalaşdırmağa, bülletenləri saxtalaşdırmağa və nəticələrini dəyişdirməyə çalışmadığı bildirilib.

Sənəddə həmçinin Rusiya ilə əlaqəsi olan şəxslərin 3 noyabr seçkilərindən əvvəl Prezident Biden haqqında əsassız iddialar yaydıqları vurğulanır. Eyni zamanda, dezinformasiya kampaniyasının seçki prosesinə inamı sarsıtmağa çalışdığı iddia edilir.Hesabatda, Rusiya kəşfiyyatına bağlı bəzi şəxslərin mediada və yüksək vəzifəli məmurlarla və Trampın müttəfiqləri ilə Bayden əleyhinə ritorika yaydıqları qeyd edildi. Rusiyanın Vaşinqtondakı səfirliyi bu ittihamları əsassız hesab edib.Rusiya fond birjası həmçinin rubl Baydenin açıqlamalarından və Amerika səlahiyyətlilərinin hərəkətlərindən sonra düşüb. Moskva birjasının məlumatlarına əsasən, dolların məzənnəsi 1,13 rubl artaraq 73,98 rubla, avronun məzənnəsi isə 1,33 rubl artaraq 88,08 rubla qədər yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR