Rusiya: ABŞ Avropanı zəiflətməyə çalışır

Rusiya: ABŞ Avropanı zəiflətməyə çalışır

Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev bazar ertəsi bildirib ki, ABŞ Avropanı zəiflətməyə və Moskva ilə Avropa arasında münasibətləri başqa istiqamətə yönəltməyə çalışır.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik rəsmisi deyib: "Amerikanın məqsədi İkinci Dünya Müharibəsində olduğu kimi çox aydındır! Onlar Avropanı zəiflətməyə və Rusiya ilə münasibətlərinə maksimum zərər vurmağa çalışır. Bu plan (Avropanın zəiflədilməsi) Amerikanın gələcəklə bağlı iqtisadi inkişafı yolunda onlara böyük fayda verə bilər."

Patruşev əlavə edib:

“Ən çirkin və ən acınacaqlı olan Vaşinqtonun Ukraynanın müstəqillik əldə etməsindən sonra son otuz il ərzində bu ölkədə anti-Rusiya siyasətini genişləndirməsidir”.

Rusiya rəsmisi bildirib ki, Birləşmiş Ştatlar Avropada müttəfiqlərini Rusiyaya qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməyə məcbur edir və bu daha çox elə Avropa ölkələrinin öz maraqlarının zərərinədir.

Xəbəri paylaş

VİDEOLAR