Rusiya ABŞ-a nota verib

Rusiya ABŞ-a nota verib

Moskva Vaşinqtona Kiyevə silah göndərməsini dayandırması tələbi ilə nota verib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov açıqlama verib.

“Vaşinqtondan Kiyevə 800 milyon dollar, məhz bu məbləğdə silah veriləcək. Bu böyük rəqəmdir və situasioyanın diplomatik həlli yollarına töhfə vermir. Nota vermişik mi...bəli, biz ABŞ-ın Ukraynanı təpədən-dırnağa silahlandırmasının qəbuledilməz olduğunu vurğuladıq. Biz bu praktikanın dayandırılımasını tələb etdik”, - səfir deyib.

Xəbəri paylaş

VİDEOLAR