Rusiya 54 Böyük Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib

Rusiya 54 Böyük Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib

Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib ki, qərar Böyük Britaniya hökumətinin Rusiyaya qarşı nümayiş etdirdiyi düşmən münasibəti ilə bağlı qəbul edilib.

Az.rasthaber.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib ki, qərar Böyük Britaniya hökumətinin Rusiyaya qarşı nümayiş etdirdiyi  düşmən münasibəti ilə bağlı qəbul edilib.

Bu kontekstdə Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldinin Rusiyaya daxil olmasına qadağa qoyulduğu və Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim Xanın da sanksiya siyahısına daxil edildiyi bildirilib.

Qeyd edək ki, Rusiya BBC, ''The Guardian'' və ''The Daily Telegraph'' qəzetlərinin bəzi jurnalistlərinin də aralarında olduğu 54 Böyük Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Xəbəri paylaş

VİDEOLAR